Bir tərəfdə erməni vandalizmi, digər tərəfdə müasir ev: Tərtərdə dağıdılmış ev muzey olacaq - FOTO/VİDEO

Bir tərəfdə erməni vandalizmi, digər tərəfdə müasir ev: Tərtərdə dağıdılmış ev muzey olacaq - FOTO/VİDEO
27 Okt 2021 12:30


44 günlük Vətən müharibəsində erməni vandalizmi nəticəsində dağılmış Tərtər sakininin evi muzeyə çevrilir. Müharibə zamanı ermənilərin Tərtərə atdığı “Smerç” tipli raket nəticəsində dağıdılan evin yanında Azərbaycan dövləti müasir şəraitli yeni ev inşa edib.

Trend-in məlumatına görə, bir tərəfdə işğalçı Ermənistanın törətdiyi müharibə cinayətlərini əks etdirən dağıntılar, digər tərəfdə isə dövlətimizin öz vətəndaşı üçün tikdiyi müasir yeni ev var. Ev sahibi, 62 yaşlı Sahib İsmayılov bildirib ki, bombardmandandan az əvvəl ailə üzvləri ilə birgə evdə olublar, lakin xoşbəxtlikdən həyətə çıxıblar və az sonra evə raket düşüb. S.İsmayılov əlavə edib ki, dövlət onun üçün əvvəlkindən də yaxşı şəraitli ev tikib. O, bunun üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə isə bildirib ki, Sahib İsamyılovun dağılmış evi muzeyə çevriləcək:

“Məqsəd əsrlərdir azərbaycanlılara qarşı, ümumilikdə isə türkdilli millətlərə qarşı ermənilərin pərdə arxası törətdiyi cinayət aktlarını bizim gələcək nəsillərlə yanaşı dünya xalqlarına göstərməkdir. Muzeydə Tərtər ərazisinə düşən 21 ədəd uzaqmənzilli raketin qalıqları, partlamamış və zərərsizləşdirilmiş döyüş sursatları, digər evlərdən müəyyən əşya və fotoşəkillər, həmçinin Vətən müharibəsi zamanı düşmənin törətdiyi terror xronologiyasını əks etdirən informasiya lövhələrinin də qurulacağı planlaşdırılır”.



26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.