Qarşıdakı 10 ildə investisiya axınını müəyyənləşdirəcək meyillər AÇIQLANDI

Qarşıdakı 10 ildə investisiya axınını müəyyənləşdirəcək meyillər AÇIQLANDI
27 Okt 2021 11:31


“Birbaşa xarici investisiyaların cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə xüsusilə kəskinləşib”.

realpress.az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, xarici investisiyalar təkcə ölkəyə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir:

“Mütəxəssislərin rəyinə əsasən, avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyillər olacaq”.

“Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiqi nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilib və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib.

Ümidvaram ki, Sammit çərçivəsində yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və iqtisadi fəaliyyət gündəliyimizin genişləndirilməsi baxımından uğurlu nəticələr əldə ediləcək.

Əminəm ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti ölkəmizin ev sahibliyi etdiyi uğurlu beynəlxalq tədbirlər sırasında yer alacaq”, - deyə o qeyd edib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.