Bu gün şəhid Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir - FOTO

Bu gün şəhid Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir - FOTO
26 Okt 2021 14:13


Bu gün Vətən müharibəsi şəhidi Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir.

realpress.az xəbər verir ki, Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci il yanvarın 23-də Lerik şəhərində anadan olub. Orta təhsilini Azərbaycanın Milli Qəhrəmanı şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb.

2013-cü ilin yanvar ayında Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan A.Ağacəfərli Tərtər rayonunun “N” saylı hərbi hissəsinə göndərilib. Xidmətdə olduğu dövrdə kəşfiyyatçı kimi hazırlıq keçib.

2015-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq geri qayıdan A.Ağacəfərli Vətən müharibəsində də iştirak edib.

30 sentyabr tarixində könüllü olaraq Lerik Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçərək kəşfiyyatçı kimi müharibəyə yollanan qəhrəmanımız verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməklə düşmənə sarsıdıcı zərbələr endirib.

Füzulinin, Qubadlının işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə silah yoldaşları ilə birlikdə qəhrəmancasına vuruşan A.Ağacəfərli 26 oktyabr 2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Lerik rayonunda, babasının məzarının yanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, əsgər Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".