Qəzaya düşərək yatağa məhkum olan bacı-qardaş çətin vəziyyətdədir - FOTO

Qəzaya düşərək yatağa məhkum olan bacı-qardaş çətin vəziyyətdədir - FOTO
26 Okt 2021 12:33


Şəki rayonunda qəzaya düşən bacı və qardaş çətin vəziyyətdədir. 

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Bildirilib ki, Cəlalə Şirinova və Hümmət Şirinov rayonun Kiş kəndində onurğa zədəsi ilə yataq xəstəsidir, tək arzuları isə ayağa qalxmaqdır. 

İddia edilib ki, bacı-qardaş diqqət və qayğıdan kənarda qalıb.

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə əlaqə saxladıq. 

ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov realpress.az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəki rayonu Kiş kənd sakinləri Şirinova Cəlalə Məmməd qızı və Şirinov Hümmət Məmməd oğlunun əlillikləri 2014-cü ildən başlayıb:

“Hazırda hər iki vətəndaşın onurğa beyninin zədələnməsi diaqnozu ilə birinci qrup müddətsiz əlillik təyinatı var”.

Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan isə realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki rayonunun Kiş kənd sakinləri, I dərəcəli əlilliyi olan Şirinov Hümmət Məmməd oğlu və bacısı, I dərəcəli əlilliyi olan Şirinova Cəlalə Məmməd qızının ailələrinə ünvanlı dövlət sosial yardımı təyin olunması üçün etdikləri müraciətə baxılıb:

“Ailə 7 nəfərdən - Hümmət, Cəlalə, onların anası və qardaşı, qardaşının həyat yoldaşı və iki azyaşlı övladından ibarətdir.

Ailənin gəlirləri Hümmət və Cəlalənin sosial müavinət və təqaüdlərindən (cəmi 660 manat) ibarətdir. Ailənin pay torpaq mülkiyyəti olsa da, əsas mülkiyyətçi babalarıdır. Ailə ilə əlaqə saxlanılaraq ünvanlı sosial yardımla bağlı qanunvericilik ətraflı izah edilib.

Bildirilib ki, kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətinin onların ailəsinin payına düşən hissəsini rəsmiləşdirdikdən sonra ailələrinin sosial yardım almaq hüququna baxılması üçün elektron qaydada www.sosial.gov.az və www.e-gov.az internet portalları vasitəsi ilə müraciət edə bilərlər”.





26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.