Yeni hərbi hissələr Azərbaycanın əlini gücləndirir – ŞƏRH + FOTO

Yeni hərbi hissələr Azərbaycanın əlini gücləndirir – ŞƏRH + FOTO
26 Okt 2021 11:09


Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr yaratması ölkənin müdafiə potensialının gücləndirilməsi və təhdidlərə qarşı operativ, çevik cavab verməsi baxımından önəmlidir.

Müdafiə Nazirliyinə məxsus hərbi hissələrlə yanaşı Dövlət Sərhəd Xidmətinin (DSX) də hərbi hissələrinin yaradılması Silahlı Qüvvələrdə koordinasiyanı təkmilləşdirir.

Bu, postmüharibə üçün zəruri addımlardır, çünki postmünaqişə periodunun özü də bir sıra risklər doğurur, yeni hərbi hissələr isə həmin risklərə qarşı preventiv tədbirlər kompleksinin tərkibinə daxildir.

Prezident İlham Əliyev oktyabrın 25-də DSX-nin Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin açılışında iştirak edib.

Ermənistanla sərhəd zolağında DSX-nin bir neçə hərbi hissəsi fəaliyyət göstərir. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin getməsi ərəfəsində DSX-nin Ermənistanla sərhəddəki hərbi hissələri sərhəd qoşunlarının mövqelərini gücləndirir.

DSX-nin yeni hərbi hissələri həm də dövlət sərhəd rejiminin müəyyən edilməsini asanlaşdırır.

Sərhəd rejimi dövlət sərhədində müxtəlif işlərin görülməsi, mədən fəaliyyəti və başqa fəaliyyət növlərinin göstərilməsi qaydasını müəyyənləşdirir.  

DSX-nin yeni hərbi hissələrindəki silah arsenalı da diqqət çəkir. Bura ən müasir silahlar daxil edilib. Yeni kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları mövcuddur. Tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri də hərbi hissədə yerləşdirilib.

Nəticə kimi qeyd edə bilərik:

- Yeni hərbi hissələr postmüharibə dövrü üçün Azərbaycanın Ermənistan üzərində siyasi, iqtisadi, diplomatik üstünlüyünün daimi təminatçısına çevrilir.



26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.