Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib – FOTO

Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib – FOTO
26 Okt 2021 09:44


Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin silah və döyüş texnikası arsenalına “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları daxildir.

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır.

Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur.

Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.


7 May 2024
Siyasət

Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

7 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 May 2024
Siyasət

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

7 May 2024
Siyasət

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

7 May 2024
Siyasət

Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.