İlham Əliyev: “Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır”

İlham Əliyev: “Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır”
26 Okt 2021 09:28


“Çox sağ olun, Qubadlının və digər azad edilmiş rayonların iqtisadi inkişafı ilə bağlı bir daha demək istəyirəm ki, bizim çox dəqiq planlarımız olmalıdır. Biz çox yaxşı təcrübə toplamışıq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Artıq bir neçə proqram icra edilmişdir və o təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparılmalıdır”.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, bura qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir.

Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır. Hökumətə tapşırıq verildi, müxtəlif nazirliklər fəaliyyət göstərir və əminəm ki, Milli Məclis də bu işlərə öz töhfəsini verəcək. Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır” , - dövlət başçısı bildirib.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.