Bakıda ticarət mərkəzi yanır: Yol bağlandı - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda ticarət mərkəzi yanır: Yol bağlandı - YENİLƏNİB + FOTO/VİDEO
16 Okt 2021 09:32


Metronun “Nərimanov” stansiyasının yaxınlığında baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

“Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir”, - deyə məlumatda qeyd edilib.


09:13

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

realpress.az-ın məlumatına görə, hadisə metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metro City” ticarət mərkəzində baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. 

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

İlhamə Əbülfət

1 May 2024
Cəmiyyət

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

1 May 2024
Cəmiyyət

Bu gündən ibtidai siniflərdə tətil başlayır

Bu gündən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətili başlayır.

1 May 2024
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

1 May 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1 May 2024
Cəmiyyət

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.