Vətən Müharibəsi şəhidi leytenant Samir Əliyevin məzarı ziyarət olunub - FOTO

Vətən Müharibəsi şəhidi leytenant Samir Əliyevin məzarı ziyarət olunub - FOTO
16 Okt 2021 09:04


Xətai rayonunda Vətən Müharibəsi şəhidi  leytenant Əliyev Samir Əliheydər oğlunun anım  günü ilə əlaqədar II Fəxri Xiyabandakı məzarı ziyarət olunub.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları, oxuduğu məktəbin kollektivi, ailə üzvləri və qohumları iştirak ediblər.

Sayğı duruşu və Azərbaycanın dövlət himni səsləndikdən sonra çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi  zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildiriblər.

Haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Məktəblilərin ifasında ədəbi - bədii kompozisiya təqdim olunub. 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.