Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı sonrası mediaya açıqlamalar verib.
Dövlət başçısı Avropanın qaz təchizatında yaranmış problemlər fonunda Azərbaycanla Türkiyə arasındakı mavi enerji anlaşmasını yada salıb.
Ərdoğan ölkələrimiz tərəfindən birgə reallaşdırılan TANAP layihəsini qeyd edərək məhz bu, eləcə də Rusiya və İranla imzalanan qaz nəqli müqavilələrinin nəticəsində Türkiyənin enerji böhranından sığortalandığını bəyan edib.
Prezident TANAP tipli sazişlərin həm də əvvəlcədən düşünülmüş antiböhran tədbiri olduğunu bildirib.
Mənbə: “Haber Global”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.