İlham Əliyev: “Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır”

İlham Əliyev: “Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır”
13 Okt 2021 13:35


“Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir”. 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin “Siz Taliban hökumətini tanımağa hazırsınızmı?” sualına cavab verən zaman deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamıyıb:

“Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik. Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq”.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.