Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı

Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı
13 Okt 2021 10:22


Futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov rekorda imza atıb.

realpress.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qapısına ikinci dəfə yol tapmaqla bu il yığmanın heyətində beşinci dəfə adını tabloya yazdırıb.

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib - dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda),   Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.