Pirşağıda yeni magistral su kəmərləri inşa olunur

Pirşağıda yeni magistral su kəmərləri inşa olunur
14 Sent 2021 17:55

Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən layihələrin icrası davam etdirilir. Sabunçu rayonunun Pirşağı qəsəbəsində əhalinin dayanıqlı su təminatı məqsədilə yeni magistral su kəmərləri inşa olunur.

ASC-dən bildirilib ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihə həyata keçirilsə də bəzi ünvanların su təminatında çətinliklər olub.

Son illər Pirşağı qəsəbəsində yaşayış ərazilərinin genişlənməsi ilə əlaqədar içməli suya təlabatın artmasını nəzərə alaraq Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə - 110 və 500 mm diametrli, ümumilikdə 2,4 km uzunluğunda magistral su kəmərləri çəkilir. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Magistral su xətti istifadəyə verildikdən sonra əhali tərəfindən fərdi qaydada çəkilmiş, tikinti normalarına cavab verməyən və artıq istismara yararsız vəziyyətdə olan qəsəbədaxili köhnə xətlərin də yenilənməsinə başlanılacaq.

Qeyd edək ki, hazırda Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".