Həbsdə olan icra başçısı koronavirusa yoluxub, vəziyyəti ağırdır

Həbsdə olan icra başçısı koronavirusa yoluxub, vəziyyəti ağırdır
14 Sent 2021 17:17


Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub. 

realpress.az-ın əldə etdiyi məlumata görə, xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.

İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. O, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.

Məlumatı realpress.az-a onun vəkili təsdiq edib.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.