Sözügedən keys, iPhone-na yüksək səviyyədə kibertəhlükəszilik qazandırır. Şirkətin verdiyi məlumata görə sözügedən keys vasitəsilə kənar şəxslərin smartfona daxil olmaları mümkünsüzdür. Xüsusi keyslər nano-karbonatdan hazırlanıb, Keys, daxil olan və xaric olunan siqnalları blok edir. Beləliklə sizin smartfonunuz "görünməz” olaraq qalır. Nəticədə istifadəçinin xəbəri olmadan iPhone-dakı mikrofonu aktiv etmək və danışıqları dinləmək mümkünsüz hala gəlir. Sözügedən layihə, 1 il əzində hazırlanıb. Hazırlanma prosesində smartfonun təhlükəsizliyini təmin edən yüzlərlə material test edilib. Şirkətin bildirdiyinə görə keysin hazırlanmasında istifadə olunmuş nano-karbonat materialı sayəsində siqnalların tamamilə blok olunması mümkün olub. Beləliklə hackerlər hətta iPhone-dakı GPS vəGLONASS özəllikləri sayəsində belə istifadəçinin yerini təyin edə bilmirlər.
“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.