Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Bundan əlavə, qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.
Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30qr abqora içsələr, onların şəkəri aşağı düşər.
Çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək də məsləhət görülür.
Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər.
Susuzluq aradan qaldırmanın yolu
REALPRESS.Az deyerler.org-a istinadən bildirir ki, diabet xəstəliklərinin əsas problemi susuzluqdur. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib istifadə etmək də faydalıdır. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq üçün istifadə etmək məsləhət görülür.
Meyvələrdən hansılar suszluğu yatırdır?
Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluğu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya naringidən hazırlanmış çox şirin olmayan şərbətdir.
Sınanmış və özünü doğrultmuş içəcəklərdən biri də ayrandır.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.