Azərbaycanda əlillərin, Qarabağ müharibəsi veteranlarının, Milli Qəhrəmanların, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin maşınlarının pulsuz parklanması təklif edilib.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bildirib.
Deputat təklif edib ki, Rusiyada olduğu kimi əlil və müharibə veteranlarına, Milli Qəhrəmanlara maşın parklanması pulsuz olmalıdır.
"Əlillərə, müharibə veteranlarına, Milli Qəhrəmanlara, dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslər üçün maşınların parklanması tam ödənişsiz olmalıdır. Biz Qarabağ müharibəsi iştirakçılarına maşınların parklanmasını pulsuz etməliyik. Vətən uğrunda vuruşaraq əlil olmuş insaların, Milli Qəhramanların Rusiya qanunvericiliyində olduğu kimi maşınlarını pulsuz park etməsi üçün tam şərait yaratmalıyıq", - deyə deputat vurğulayıb.
Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
Daxili İşlər Nazirliyində daha bir kadr islahatı aparılıb.