“Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artırılır”.
realpress.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.
Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.
Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.
Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.