Moskvada BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının 3-cü sessiyası keçirilir.
REALPRESS.Az xəbər verir ki, Nazirlər konfransı çərçivəsində Asiya-Sakit Okean regionunda (ASR) beynəlxalq vahid intermodal nəqliyyat sisteminin inkişafı məqsədilə ASR ölkələrinin kordinasiyalı fəaliyyətinin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır.
Yekunda 2021-ci ilə qədər orta müddətli perspektivdə ASR-da nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın prioritetlərini müəyyənləşdirəcək “ASR-da dayanıqlı nəqliyyat üzrə qarşılıqlı fəaliyyətə dair Nazirlər qətnaməsi”nin və “Nəqliyyatın inkişafı üzrə Regional fəaliyyət proqramı”nın qəbul edilməsi planlaşdırılır.
Tədbirdə Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Konfrans çərçivəsində Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov çıxış edib.
Yunanıstan və Fransa səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İsrail peyvənd şirkətləri ilə razılaşmalar nəticəsində ümumilikdə 24 milyon doza koronavirus peyvəndi alaraq ölkə daxilində əhalisi 100 faiz vaksinasiya edilən ilk ölkə oldu.
Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.