Ziya Məmmədovun oğlunun əmlakına həbs qoyuldu

Ziya Məmmədovun oğlunun əmlakına həbs qoyuldu
25 2017 11:12

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub.

Enter.News “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu qərar “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Qərar bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.

Sözügedən proses “Paşa Bank” ASC-nin keçmiş nəqliyyat nazirinin ailsiylə mülk üstündə yeganə məhkəmə çəkişməsi deyil. Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. Hazırda A.Məmmədov Londonda yaşayır.

Məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka (“Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), “Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A” ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki “Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5” ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub. Dekabrın 2-də verilən qərara görə, məhkəmə işi tamamlanadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.

“PAŞA Bank” ASC cavabdehlər – “Garant İnşaat Sənaye” MMC-yə (əvvəlki “Azbentonit” sement və tikinti qatqıları zavodu), “Garant Holding” MMC-yə, “Azpod” MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddia qaldırıb. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedir. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidir. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsinini də tələb edir.

Apellyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürüb.

“Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də tikinti sektorunda da fəaliyyət göstərən “ZQAN Konstrakşn” MMC, “Məmməd Araz küçəsi, ev 25V” ünvanında isə keçmiş “Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi.

“Paşa Bank” ASC eyni iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə də müraciət edib. Burada istəyinə nail olmayan bank oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində əmlakın üzərinə həbs qoydura bilib. Son nəticəsi barədə tərəflərin məlumat vermədiyi bu prosesdə bankın borcluları “Garant Holding”MMC, “Zqan Holdings Limited” şirkəti (Birləşmiş Ərəb Əmirlikləri), “Azpod” MMC və “Ameritex LLC” MMC olub. Bu işlə bağlı məhkəmə çəkişməsinin nə yerdə olduğu barədə hələ bilgi yoxdur


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.