Zərif duyğular şairi Mikayıl Müşfiq “Söz” ədəbi layihəsində

Zərif duyğular şairi Mikayıl Müşfiq “Söz” ədəbi layihəsində
28 2017 15:12

Azərbaycan Dövlət Kukla Teatrında (ADKT) Mədəniyyət və Turizm Nazirliyinin, “Cabir Novruz” Mədəniyyət Fondunun və “Söz” ədəbi layihəsinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Nigar Həsənzadə tədbirin böyük şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edildiyini və bu axşam şairin yaradıcılığından bəzi nümunələrin Dövlət “Yuğ” və Pantomim teatrlarının aktyorlarının ifasında səsləndiriləcəyini bildirib.

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Mikayıl Müşfiqin yaradıcılığından söhbət açıb. Onun zərif poeziyasının bu gün də ürəkləri fəth etdiyini bildirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza təmsil etdiyi qurumun təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hər il ölkəmizdə M.Müşfiqin doğum gününün “Şairlər günü” kimi bayram edildiyini söyləyib. Artıq 7-ci dəfə keçiriləcək bu bayrama bir çox ölkələrin şair və yazıçılarının da qatıldığını bildirib.

“Cabir Novruz” Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və təmsil etdiyi qurum tərəfindən görülən işlərdən söz açıb.

Tədbirdə “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadəyə və “Yuğ” Teatrının aktrisası Zabitə Alıyevaya “Mikayıl Müşfiq” ədəbi mükafatı və “Cabir Novruz” Mədəniyyət Fondunun diplomu təqdim edilib.

Gecədə şairin yaradıcılıq nümunələri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya və Mikayıl Müşfiqə həsr edilmiş film nümayiş olunub.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.