Bakının Xətai rayonu ərazisindəki Yusif Səfərov küçəsi genişləndirilir. Bu barədə Trend-ə Xətai rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, küçənin genişləndirilməsi üçün ərazi hasarlanıb və abadlıq-quruculuq işlərinə başlanılıb. Ərazinin abadlaşdırılması üçün sifarişçi Bakı şəhər İcra Hakimiyyəti, icraçı isə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətidir.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Trend-ə bildirib ki, ərazidə abadlaşdırma işlərinə başlanılıb:
"Abadlıq-quruculuq çərçivəsində Yusif Səfərov küçəsinin genişləndirilməsi nəzərdə tutulub. Bununla bağlı artıq işlərə başlanılıb, müəyyən hissə hasarlanıb. Həmin hissənin genişləndirilməsi işləri aparılacaq. Bu məqsədlə artıq bəzi söküntü işləri aparılır. Aparılan yenidənqurma işləri ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək".
Milli Qəhrəman Əliyar Əliyevin oğluna yüksək vəzifə verildi.
“Qardaş Türkiyə ilə ötən dövrdə sosial sahədə formalaşmış qarşılıqlı çoxistiqamətli əməkdaşlıq əlaqələri qarşıdakı dövrdə daha da genişlənəcək”.
Aprelin 15-də Salyan və Sabirabad rayonlarında KOB dostları fəaliyyətə başlayıb.
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub. Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib: