Yunanıstan və Albaniyada TAP-ın marşrutu üzrə ümumilikdə 219 kilometr ərazi təmizlənib

Yunanıstan və Albaniyada TAP-ın marşrutu üzrə ümumilikdə 219 kilometr ərazi təmizlənib
14 Dek 2016 16:28

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisi çərçivəsində Yunanıstan və Albaniyada marşrut üzrə ümumilikdə 219 kilometr ərazi təmizlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, TAP-ın Yunanıstan və Albaniyada ümumilikdə 765 kilometr uzunluğundakı marşrutunun 219 kilometri artıq təmizlənib.

Qeyd edək ki, bu vaxtadək TAP boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniyada 80 kilometr uzunluğunda borular qaynaq edilib.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Boru kəmərinin inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).


15 Okt 2024
Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudada zəlzələ baş verib.

14 Okt 2024
Dünya

İsrail Livanda yaşayış binasına aviazərbə endirib, 18 nəfər ölüb

İsrailin Livanın şimalındakı Eyto yaşayış məntəqəsində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində ən azı 18 nəfər həlak olub.

14 Okt 2024
Dünya

Məsud Pezeşkian Şahin Mustafayevi qəbul edib

İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

14 Okt 2024
Dünya

Çin Tayvan boğazında hərbi təlimlərə başlayıb

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvan boğazında "Birgə qılınc - 2024B" adlı hərbi təlimləri başlayıb.

14 Okt 2024
Dünya

Misirdə sərnişin qatarları toqquşdu

Misirin mərkəzi Əl-Minya əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.