Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Sədərək rayonunun idmançıları da iştirak ediblər.
Yarışın yekun nəticəsinə əsasən, Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Heydər Nəcəfov, Heydər Heydərov, Abbas Nəzərəliyev, Əli Əlioğlu, Rəvan Bayramov, Elnur Əlizadə və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kq çəki dərəcələrində I yerlərə layiq görülüblər.
Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
“Son üçü gündə beş nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas qruplarından olan insanlar üçün Sığınacaq və Reabilitasiya müəssisəsinə yerləşdirilib”.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
"Qar yağmaqda davam edir, proqnozlara əsasən sabah günün birinci yarısınadək davam edəcək. Yəqin ki, axşama doğru şaxta da sərtləşə bilər".