Yol polisi qış mövsümündə səyahət təşkil edənlərə müraciət etdi

Yol polisi qış mövsümündə səyahət təşkil edənlərə müraciət etdi
09 Dek 2016 16:51

Baş Dövlət Yol Polisi İdarəsi qış mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara avtobuslarla səyahət təşkil edən hüquqi və fiziki şəxslərə mürciət edib. 

Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qış mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilərin, təhsil müəssisələrindəki azyaşlı uşaqların, eləcə də digər müəssisə və təşkilatlarda çalışan əməkdaşların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur. 

Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus olan avtobus və mikroavtobuslardan istifadə edilir. 

Təəssüf ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə, dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, qış mövsümü ilə əlaqədar məktəb şagirdlərinin avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlərini yalnız sərnişindaşıma sahəsindəki mövcud qanunvericiliyə uyğun olaraq, aşağıda qeyd olunan tələblərə ciddi riayət olunmaqla təşkil etməlidirlər;

- Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilməlidir;

 - Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunmalıdır;

 - Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilməməlidir;

 - Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilməlidir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilməli, həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı daşıma qaydalarından irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir;

- Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.

- Uşaq qruplarının saat 23.00-dan 05.00-dək olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.

Belə daşımaların təhlükəsizliyinin təmin olunması məqsədilə xahiş olunur ki, səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri uşaqları daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə müşayiət olunmaları üçün səfərdən 5 gün əvvəl ərazi üzrə DYP bölümlərinə müraciət etsinlər.

30 Noy 2020
Cəmiyyət

Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI

Bir ilə yaxındır ki, dünyada koronavirus (COVID-19) pandemiyası geniş yayılıb. Bu virusa yoluxma və COVID-19-dan ölüm hallarının kəskin artması müşahidə olunur. 

30 Noy 2020
Cəmiyyət

Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq

Döyüşlərdə yaralanan qazi Elçin Səmədov Bakıya gətirilib.

30 Noy 2020
Cəmiyyət

Astara və Masallıda evi tərk edən üç COVID-19 xəstəsi saxlanıldı

Astara və Masallıda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha üç şəxsin yaşayış yerini tərk etdiyi müəyyən olunub.

30 Noy 2020
Cəmiyyət

İnfeksionistdən həyəcan təbili: “Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür”

Artıq uzun müddətdir ehtiyat etdiyimiz o çətin vəziyyət yaranmaq üzrədir, xəstəxanalarda koronavirus xəstələrinə görə boş yer yoxdur. Bu gün bir çox insan məcburiyyətdən evdə qalmalı olur və çox ağırlaşmış vəziyyətdə xəstəxanalara gətirilir. Bu isə koronavirus xəstələrinin əksəriyyətinin ölümü ilə nəticələnir.

30 Noy 2020
Cəmiyyət

Oğuzda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstəsi saxlanıldı

Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.