Yığmamız FİFA reytinqində irəliləyib – SİYAHI

Yığmamız FİFA reytinqində irəliləyib – SİYAHI
06 2017 14:12

Milli komandaların FİFA reytinqi açıqlanıb.

REALPRESS.Az Apasport-a istinadən xəbər verir ki, martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.

Ötən ay açıqlanan siyahı ilə müqayisədə qeydə alınan yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib. Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb.

Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci pilləyə qalxıb. Millimiz 4 komandanı - Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya (95-ci yerdən 80-ci pilləyə) və Boliviyanın (97-ci yerdən 74-cü pilləyə) sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.

Millimiz və “qonşular”ı

83 (66). Benin – 396
84 (78). Konqo – 392
84 (87). Qabon – 392
86 (81). Norveç – 387
87 (89). Azərbaycan – 386
88 (98). Svazilend - 378
89 (84). Qətər – 369
90 (106). Mavritaniya - 366
91 (92). Liviya - 361
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentina 1 illik liderliyi əldən verib. Uruqvay “onluq”dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.
 
İlk “onluq”

1 (2). Braziliya – 1661
2 (1). Argentina – 1603
3 (3). Almaniya – 1464
4 (4). Çili – 1403
5 (7). Kolumbiya – 1348
6 (6). Fransa – 1294
7 (5). Belçika – 1281
8 (8). Portuqaliya – 1259
9 (11). İsveçrə - 1212
10 (10). İspaniya – 1204
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində bir sıra dəyişikliklər olub. Yığmamızı yenən Almaniya mövqeyini qoruyub. Şimali İrlandiya 9 pillə irəliləyib. Digər komandalar isə geriləyib. Norveç 5 pillə geri düşməklə yığmamıza qonşu olub. Bu mövqe Norveç futbol tarixinin antirekordudu. Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1464
26 (35). Şimali İrlandiya - 823
46 (42). Çexiya - 679
86 (81). Norveç - 387
204 (203). San-Marino – 12
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 863 xal var.


12 May 2025
İdman

Güllə və stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güllə və stend atıcılığı üzrə Azərbaycan Kuboku başa çatıb.

12 May 2025
İdman

Dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib

Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib.

12 May 2025
İdman

Qadın həndbolçuların Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

Qadın həndbolçuların Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar baş tutub.

12 May 2025
İdman

Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

Bu gün İtaliya A Seriyasında və Türkiyə Superliqasında bir sıra maraqlı görüşlər keçiriləcək.

5 May 2025
İdman

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.