Yeniyetməlik dövründə spirtli içki içmək gənclərin beynini dəyişdirir

Yeniyetməlik dövründə spirtli içki içmək gənclərin beynini dəyişdirir
12 Dek 2016 10:16

Şərqi Finlandiya Universitetinin alimləri bildirirlər ki, çoxlu spirtli içki içən yeniyetmələr baş beynin yaddaşa, emosiyalara, qərarların qəbul edilməsinə və özünənəzarətə cavabdeh olan mühüm strukturunun - boz maddənin çatışmazlığından əziyyət çəkirlər. Üstəlik, genetik amillər səbəbindən beynində boz maddə qıtlığı olan cavanlar spirtli içkilərə daha meyilli olurlar.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, mütəxəssislər tədqiqat zamanı 60-dan çox gənci müayinə ediblər. Tədqiqatda iştirak edən yeniyetmələr nə qədər və hansı tezliklə spirtli içki içmələri barədə anket doldurublar. 35 yeniyetmə spirtli içki düşkünü kateqoriyasına aid edilib. Nəticələr göstərib ki, baş beynin müəyyən nahiyələrində boz maddənin miqdarı az olan yeniyetmələr spirtli içkilərə daha çox qurşanırlar.

Müəyyən edilib ki, spirtli içkiləri çox içmək sosial təcrid, psixi sağlamlıq problemləri və təhsil səviyyəsinin aşağı olması ilə də bağlıdır. Bu cür yeniyetmələrin həyəcanlılıq səviyyəsi yüksək olur, onlar çoxlu siqaret çəkir və narkotik vasitələrdən istifadə edirlər.

Mütəxəssislər bildirirlər ki, baş beyin neyronlarının çox hissəsi boz maddənin tərkibindədir. Buna görə də onun miqdarının azalması psixi sağlamlığı pozur. Spirtli içkidən vaxtında imtina etmək sayəsində boz maddənin miqdarı arta bilər.


24 Apr 2025
Cəmiyyət

Taksi sürücüləri üçün test imtahanı keçirilib, 1261 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

24 Apr 2025
Cəmiyyət

MN: Azərbaycan hərbçisi Romada NATO kursunu uğurla başa vurub

Azərbaycanın hərbi qulluqçusu NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub.

24 Apr 2025
Cəmiyyət

Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır

Sabahdan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.

24 Apr 2025
Cəmiyyət

Orxan Məmmədov: “Ticarət şəbəkələri və KOB-ların daha sıx əməkdaşlığı diqqətdə saxlanılmalıdır”

Ticarət şəbəkələri ilə KOB-ların daha sıx və effektiv əməkdaşlıq etməsi üçün imkanların və əməkdaşlıq üsullarının təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.