Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçiriləcək imtahanlara nəzarətçi kimi ilk dəfə qatılacaq, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar‑məşğələlər təşkil edəcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 1-dək davam edəcək seminarlar mərkəzin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur və 4.750-dək nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14.817 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar‑məşğələlər təşkil ediləcək.
Seminar‑məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani tanışlığı məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənəd və vəsaitlərdən istifadə olunur.
Seminar-məşğələlərin keçirilməsinin əsas məqsədi imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında peşəkarlıq baxımından mühüm məqamları qeyd etmək, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır.
Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb ediləcəklər.
Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.
Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.