Yeni sürücülük vəsiqələri - Ad, soyad ingilis hərflərilə də yazılmalıdırmı?

Yeni sürücülük vəsiqələri - Ad, soyad ingilis hərflərilə də yazılmalıdırmı?
12 2017 14:12

Azərbaycanda sürücülük vəsiqələrinin yeni qaydalarla verilməsinə başlanılıb.

REALPRESS.Az xəbər verir ki, məsələni report-a şərh edən bəzi ekspertlər bildiriblər ki, yeni sürücülük vəsiqələrində ad, soyad, ata adı və şəxsin doğulduğu yerin adının latın qrafikalı Azərbaycan əlifbası ilə yanaşı ingilis hərflərilə yazılması da vacibdir. 

Ekspertlər vurğulayıblar ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edən zamanı bir çox hallarda sənədlərin oxunmasında problemlər yaranır. Çünki digər ölkələrdə müvafiq qurumların nümayəndələri sürücülük vəsiqələrini yoxlayan zaman latın qrafikalı Azərbaycan əlifbasındakı bəzi hərfləri oxumaqda çətinlik çəkirlər. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev report-a isə açıqlamasında bildirib ki, yeni qaydalara görə sürücülük vəsiqələrindəki ad, soyad, ata adı, doğuldu yer bölmələrindəki hərflərin dəyişdirilməsi nəzərdə tutulmayıb. O hesab edir ki, Azərbaycanın sürücülük vəsiqələrində ingilis hərflərindən istifadəyə  dəyişdirilməsinə ehtiyac yoxdur: "Çünki Beynəlxalq Vyana Konvensiyasına üzv dövlətlərdə milli sürücülük vəsiqələrində qeyd edilən ad, soyad, ata adı, doğulduğu yer bölmələrindəki yazılara görə irad tuta bilməz. Konvensiyaya üzv dövlətlərin hər birinin öhdəliyinə görə, digər ölkələrin sürücülük vəsiqələri ilə avtomobillərin idarə olunmasına problem yaradılmamalıdır".

Şöbə rəisi deyib ki, xaricə səfər edən zaman bu məsələni araşdırmaq üçün Azərbaycanın sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürüb və idarə edib: "Hətta özümdə xarici ölkədə məzuniyyətdə olanda icarəyə avtomobil götürdüm və sürdüm. Heç bir problem olmadı. Baxmayaraq ki, mənim soyadımda "ə" hərfi var. Əgər problem olsa şəxsiyyəti təsdiq edən pasport tələb olunur və oradakı rekvizitlərlə sürücülük vəsiqəsindəki rekvizitlərin uyğunluğuna baxılır".
Xarici ölkə vətəndaşlarının öz sürücülük vəsiqələrindən Azərbaycanda necə istifadə etməsinə gəlincə, Əliyev vurğulayıb ki, həmin şəxslər Azərbaycanda yaşamaq haqqında icazə kağızını aldığı gündən 1 ay müddətinə qədər sürücülük vəsiqəsindən istifadə edə bilərlər. Onun sözlərinə görə, 1 aydan artıq müddətdə sürücülük vəsiqəsindən istifadə etmək istəyən xarici vətəndaşlar Azərbaycanda yeni sürücülük vəsiqəsi almalıdır.

Sürücülük vəsiqələri ilə bağlı digər dəyişikliklərə və yeni qaydalara gəlincə, K.Əliyev bildirib ki, artıq sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər. Belə ki, avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər imtahandan uğurla keçdikdə onlara da adi qaydada sürücülük vəsiqəsi verilir. "Vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" (avtomat transmisiyyalı) sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir. Ancaq mexanik ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahandan uğurla keçən sürücülər həm mexaniki, həm də avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə edə bilər".


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.