Türkiyə lirəsi bu gün 2005-ci ildən qeydə alınan rekord minimumu yeniləyib.
Trend-in məlumatına görə, türk lirəsi ötən günlə müqayisədə dollar və avroya nisbətdə, müvafiq olaraq, 1,24 və 1,82 faiz ucuzlaşıb.
Bu gün 1 ABŞ dolları 3.777, avro isə 4.002 lirə təşkil edib.
Ekspertlərin fikrincə, lirənin dəyərinin azalmasına ölkədəki siyasi qeyri-müəyyənlik təsir edib.
“Keçən ilin dekabr ayında Azərbaycana səfərimi xatırlayırsınız? Sizə dediyim kimi, bu, Dağlıq Qarabağda yaxınlarda azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına yönəlmiş iqtisadi tərəfdaşlığın başlanmasına xidmət edirdi. Tamamilə bu məqsədlə bu gün şəhər planlaşdırma sektorunda aparıcı İtaliya şirkətlərinin bölgə üçün əsas layihələri verməkdə maraqlı olan azərbaycanlı həmkarlarına özlərini təqdim etməsi üçün onlayn görüş keçirildi”.