Yeni il yarmarkaları ilə bağlı QƏRAR verildi

Yeni il yarmarkaları ilə bağlı QƏRAR verildi
27 Dek 2016 10:21

Bakıda yeni il yarmarkaları üçün hazırlanan çadırların fəaliyyətinə Fövqəladə Hallar Nazirliyindən icazə alınmayacaq. Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Bakıda yeni il yarmarkaları üçün qurulan 6 çadır fəaliyyətini davam etdirir və yeni il ərəfəsində həmin çadırlar sökülməyəcək:

"Fəaliyyətinə icazə verilmədiyi üçün 6 çadır söküldü. Çünki Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları həmin çadırların küçədəki elektrik xətlərindən elektrik enerjisi götürməsinə icazə vermədi. Hazırda Bakıda 6 çadırda yarmarka fəaliyyət göstərir. Həmin çadırların elektrik generatorları ilə işıqlandırılması barədə qərar qəbul etmişik. Bu çadırlar küçələrdəki elektrik dirəklərindən elektrik enerjisi götürməyəcək. Ona görə də, həmin çadırların fəaliyyəti üçün Fövqəladə Hallar Nazirliyindən texniki şərt alınmasına ehtiyac olmayacaq".


10 Sent 2026
Cəmiyyət

Şükürbəyli kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

10 Sent 2026
Cəmiyyət

Daha 25 ailə Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

10 Sent 2026
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - 11.09.2026

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Sent 2026
Cəmiyyət

Azərbaycan 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.

10 Sent 2026
Cəmiyyət

Milli Məclisdə komitə iclaslarının vaxtı AÇIQLANDI

Milli Məclisin 2026-cı il payız sessiyası çərçivəsində keçiriləcək ilk komitə iclaslarının vaxtı açıqlanıb.