Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
13 Dek 2016 09:43

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib.

AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində YAP Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin fəaliyyəti barədə məlumat alan gənclər Ulu Öndərin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən stendlərə və fotosərgilərə baxıblar.

Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər bir daha əmin olublar ki, Ulu Öndər bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni üçün qətiyyətlə çalışıb. Mərkəzdən zəngin təəssüratla ayrılan gənclər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim gənc nəslin qəlbində yaşayacaq.


4 May 2024
Siyasət

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - YENİLƏNİB + FOTO

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.

4 May 2024
Siyasət

Sərhədçilərimiz 3751 metr hündürlükdə - FOTO/VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.