Yaxın gələcəyin 10 texnoloji dönüş nöqtəsi

Yaxın gələcəyin 10 texnoloji dönüş nöqtəsi
10 Dek 2016 14:24

"Global Agenda Council" Ümumdünya İqtisadi Forumu yüksək texnologiyalar sahəsində çalışan 800 mütəxəssis arasında sorğu keçirib və 2023-cü ilədək baş verəcək dəyişiklikləri proqnozlaşdırıb.
 
2018-ci ildə istifadəçilərin 90%-i limitsiz məlumat saxlama sisteminə malik olacaq

Gələcəkdə diskdə boş yer üçün faylları silməyə ehtiyac olmayacaq. Artıq indi "Google" şirkəti qeyri-məhdud miqdarda sıxılmış video və foto saxlamağa imkan verir. Yaxud ildə 60 dollar ödəməklə "Amazon" şirkətinin serverlərində limitsiz tutumda faylları saxlamaq mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "https://hi-tech.mail.ru" saytına istinadən yazır ki, buna səbəb sərt disklərdə 1 QB yaddaşın dəyərinin azalmasıdır. Şirkətin limitsiz "bulud" saxlanc sisteminin əvəzində reklama baxmaq və ya abunə üzrə pul ödəmək təklif ediləcək.
 
2021-ci ildə ilk avtomatlaşdırılmış əczaçı istifadəyə veriləcək

Robotlar istehsal sənayesində insanları aktiv əvəz edirlər. Vaxt keçdikcə robotlar xidməti personalı, satıcıları əvəz edəcək. Mütəxəssislərin proqnozuna görə, 2021-ci ildə avtomatlaşdırılmış əczaçı istifadəyə veriləcək.
 
 
2022-ci ildə internetə 1 trilyon sensor qoşulacaq

Hər gün "ağıllı" datçik və sensorların dəyəri azalır. Mütəxəssislər hesab edirlər ki, tezliklə geyimlər internetə "daxil olacaq". Vahid şəbəkə sisteminə qoşulmuş kiçik qurğular ətraf mühiti (temperatur, atmosfer təzyiqi, havanın çirklənməsi və sairə) tamamilə öyrənməyə imkan verəcək.
 
2022-ci ildə "3D" printerdə ilk avtomobil çap ediləcək

"3D" çap texnologiyası inkişaf edir: çap üçün yeni qurğular və materiallar meydana çıxır. "Audi" şirkəti artıq additiv proseslərdən istifadəyə əsaslanan avtomobil konseptini nümayiş etdirib. 2022-ci ildə ilk belə avtomobil satışa çıxarılacaq.
 
2023-cü ildə eynəklərin 10%-i internetə qoşulacaq

Respondentlər hesab edirlər ki, 5 il sonra eynəklər yeni funksiya ilə təchiz ediləcək: artırılmış və virtual reallıqla işləmək üçün internet tətbiqlərə giriş əldə edəcək. Gözlərin izlənilməsi sistemi istifadəyə veriləcək: interfeysin idarəsində əllərdən istifadə edilməyəcək.
 
2023-cü ildə istifadəçilərin 90%-i cib superkompüterinə malik olacaq

İnsanlar fərdi kompüterlə müqayisədə smartfondan daha çox istifadə edirlər. Mobil internet trafiki artıq öz həcminə görə kompüter trafikini ötüb. 2023-cü ilə mobil qurğuların məhsuldarlığı müasir superkompüterlərin səviyyəsinə yaxınlaşacaq. İnsanların 90%-i smartfonlar vasitəsilə internetə qoşulacaq.
 
2024-cü ildə "3D" printerdə çap edilmiş ilk qaraciyər köçürülməsi həyata keçiriləcək

"3D" printerlər sümük və orqan implantatlarının yaradılmasında istifadə edilir. Həkimlər artıq döş qəfəsi hissəsi və başqa sümüklərin köçürülməsi üzrə əməliyyat keçiriblər. 2024-cü ilə bioçap texnologiyası elə bir səviyyəyə çatacaq ki, "3D" printerlərdə süni qaraciyər və başqa həyati əhəmiyyətli orqanlar yaradılacaq.
 
2025-ci il - telefon-implantat satışa çıxacaq

Rəyi soruşulmuş mütəxəssislərin 80%-i proqnozlaşdırıb ki, yaxın 7 ildə ilk implantasiya edilən mobil telefon çıxarılacaq. Qurğu insanın sağlamlıq göstəricilərini daha dəqiq izləyə biləcək. Eyni zamanda istifadəçilər bir-biri ilə səs və ya düşüncənin gücü ilə ünsiyyət saxlayacaqlar.
 
2025-ci ildə avtomobillərin icarəsi xidmətləri şəxsi nəqliyyatdan daha populyar olacaq

Mütəxəssislərin 67%-i gələcəkdə avtomobillərin icarəsi xidmətlərinin daha da populyarlaşacağını proqnozlaşdırırlar. Artıq 2025-ci ildə dünyada kirayələnmiş avtomobillərdən daha çox istifadə ediləcək və şəxsi nəqliyyatın istismarı bahalaşacaq.
 
2026-cı ildə Direktorlar şurasında ilk süni intellekt

Süni intellekt bir çox prosesləri (təhlil, informasiyanın emalı, analitik) avtomatlaşdırmağa imkan verir. Proqram, həmçinin şirkətin əvvəlki təcrübəsinə əsaslanaraq qərarlar qəbul edəcək. Bu, vacib məsələlərin həllində emosiyaların təsir səviyyəsini azaltmağa imkan verəcək.

20 Fev 2020
İT

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində sahə mütəxəssislərinin inkişafı və maarifləndirilməsi məqsədilə beynəlxalq seminar və təlimlərin də keçirilməsi nəzərdə tutulub.

20 Fev 2020
İT

“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20 Fev 2020
İT

"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların müəllifi olan kompüter tərtibatçısı Larri Tesler 74 yaşında dünyasını dəyişib.  

20 Fev 2020
İT

“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm “mmWave”, həm də “Sub-6 Ghz” şəbəkələrini dəstəkləyən 5 nm-lik ilk “5G” modemdir.

20 Fev 2020
İT

Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin bağlanması, müəssisələrin fəaliyyətinin dayandırılması və elektronika avadanlıqlarının tədarükünün pozulması ilə nəticələnib.