Yaşıllıqların mühafizəsinə nəzarət şikayətlər əsasında aparılacaq

Yaşıllıqların mühafizəsinə nəzarət şikayətlər əsasında aparılacaq
30 Dek 2016 11:25

Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini təsdiq olunmuş iş planlarına uyğun olaraq və daxil olan şikayətlər əsasında il ərzində aparırlar.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası"nda əks olunub.

Qərarda qeyd edilir ki, yoxlanılan ərazinin miqyasından asılı olaraq yoxlamanın keçirilmə müddəti 3 (üç) - 7 (yeddi) iş günü müəyyənləşdirilir və əsaslandırmaqla həmin müddət yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumun rəhbəri tərəfindən əlavə olaraq 5 (beş) iş günü müddətinə artırılır. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətinin aparılması və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

Bundan başqa, fiziki və hüquqi şəxslər, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslərə müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarını verməlidirlər.


4 Dek 2023
Cəmiyyət

Zakir Həsənov Misirdə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

4 Dek 2023
Cəmiyyət

Ağalı kəndində yaşıllaşdırma işi həyata keçirilib

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.

4 Dek 2023
Cəmiyyət

“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda payız əkin mövsümü başlayandan 785 mindən artıq ağac əkilib

Azərbaycanda payız əkin mövsümü başlayandan bu günədək 785 mindən artıq ağac əkilib.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.