Yaponiyanın əhalisi 2053-cü ilədək 27 milyon nəfər azalacaq

Yaponiyanın əhalisi 2053-cü ilədək 27 milyon nəfər azalacaq
01 2017 14:34

Hazırda təxminən 127 milyon nəfərin yaşadığı Yaponiyada əhalinin sayı 2053-cü ilə qədər 100 milyon nəfərədək azalacaq. Bunu ölkənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Əhali və Sosial Sığorta Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutu bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, institut bununla bağlı beş ildən bir tədqiqat aparır. Əvvəlki tədqiqatın nəticələri ilə müqayisədə əhalinin azalması prosesi müəyyən qədər zəifləyib. Əvvəllər 100 milyon nəfərdən aşağı göstəricinin 2048-ci ildə qeydə alınacağı deyilirdi. Azalma tempinin zəifləməsinə gənclər arasında nikaha və uşaqlara müsbət tendensiyanın artması səbəb olub.

Eyni zamanda, bu proqnozları təsəlliverici saymaq tezdir: artıq 2065-ci ilədək Yaponiya əhalisinin sayının 88 milyon nəfərə enəcəyi gözlənilir.

12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.