Yaponiyanın “Konotori-6” pilotsuz yük gəmisi kosmik təmizləyici funksiyasını yerinə yetirməyə yollanıb. NHK telekanalının yaydığı məlumata görə, bir həftə davam edəcək sınaq müddəti ərzində gəmi kosmik tullantıların təmizlənməsi üçün yeni texnologiyaları yoxlayacaq.
Həmin gəmi yanvarın 28-də səhər saatlarında robotun köməyi ilə Beynəlxalq Kosmik Stansiyadan ayrılaraq müstəqil rejimdə uçuşa başlayıb.
Sınaq müddəti dövründə gəmidən kosmosa 700 metr uzunluğunda metal məftilin buraxılması və ona elektrik enerjisi ötürülməsi nəzərdə tutulur. Həmin prosedur Yerin maqnit sahəsindən istifadə edərək kosmik tullantıların atmosferin sıx qatlarında toplanmasının və sonradan yandırılmasının mümkünlüyünün aydınlaşdırılması məqsədini daşıyır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib.
Artıq 5 ildir ki, iyunun 3-ü bütün dünyada Velosiped Günü kimi qeyd edilir.
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.
“Türkiyədə keçirilən prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün çox dua etdim”.
Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək səviyyədə olacaq. Mərasimdə türk respublikaları geniş heyətlə təmsil olunacaq.