Yaponiya və Avstraliya arasında xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşünün keçirilməsi ilə əlaqədar danışıqlar aparılır. Bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüşün aprelin sonlarında keçirilməsi nəzərdə tutulur. Həmin görüşdə Koreya Xalq Demokratik Respublikasının hərəkətləri fonunda Asiya-Sakit okean regionunda vəziyyətin gərginləşməsinin müzakirə olunacağı vurğulanır.
Cari ilin yanvarında Avstraliyaya səfər edən Baş nazir Şinzo Abe həmkarı Malkolm Ternbulla müzakirələr apararaq müdafiə sahəsində logistik fəaliyyətin genişləndirilməsi barədə razılıq əldə edib. ABŞ ilə üçtərəfli qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan tərəflər, eyni zamanda, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər.
İsrail fevralın 15-də 369 fələstinli məhbusu azad edəcək.
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Xarnay dairəsində avtomobilin yaxınlığında bomba partlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.