Yaponiya və ABŞ nazirlər səviyyəsində görüşün yeni formatını hazırlayır. Həmin çərçivədə keçiriləcək görüşdə iki ölkə arasında iqtisadi və ticari siyasətlə yanaşı, təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Bu barədə fevralın 2-də Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Yaponiya tərəfdən danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Baş nazirin müavini və maliyyə naziri Taro Aso rəhbərlik edəcək. Nümayəndə heyətinə xarici işlər naziri Fumio Kişida, müdafiə naziri Tomomi İnoda, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko daxil olacaq. ABŞ tərəfini isə vitse-prezident Maykl Pens, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis və ticarət naziri vəzifəsinə əsas namizəd Uilbor Ross təmsil edəcək. Nazirlərin belə geniş tərkibdə təmsil olunduğu bu format ilk dəfə tətbiq olunacaq.
Xəbər verdiyimiz kimi, gələn həftə Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ-a rəsmi səfərə yola düşəcək. Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüş və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq barədə danışıqların aparılması nəzərdə tutulur.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,36% azalaraq, 84,37 ABŞ dolları olub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İsrailin atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləməsinin ardından Qətər Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin sabah səhər saat 09:30-da qüvvəyə minəcəyini açıqlayıb.
İsrailin hərbi-siyasi kabineti HƏMAS ilə razılaşmanı təsdiq edəcəyi təqdirdə Qəzzadan ilk girovlar razılaşdırılmış plana uyğun olaraq artıq yanvarın 19-da azad edilə bilər.