Martın 28-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının iqamətgahında nüvə silahının ləğvi ilə bağlı danışıqlara başlanıb. NHK telekanalının yaydığı məlumata görə, nüvə silahına malik olan ölkələr həmin danışıqlarda iştirak etmirlər.
Məlumatda qeyd edilir ki, Yaponiyan nümayəndəsi Nobuşiqe Takamizava da ölkəsinin həmin danışıqlarda iştirak etməyəcəyini deyib.
Yaponiyanın xarici işlər naziri Fumio Kişidanın bildirdiyinə görə isə nüvə silahına malik ölkələrin iştirakı olmadan bu silahın tam ləğvi barədə danışıqların aparılması onun reallıqdan uzaq olduğunu göstərir.
Martın 29-da F.Kişida nüvə zərbəsinə məruz qalan yeganə ölkə olaraq Yaponiyanın həmin danışıqlarda iştirak etməməsinin səbəbləri barədə jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, nüvə silahı olmayan dünyanın yaradılmasına bu silaha malik ölkələrin iştirakı olmadan nail olmaq mümkün deyil. Eyni zamanda, bu danışıqlar həmin dövlətlərlə bu silaha malik olmayan ölkələr arasında fikir ayrılığını daha da dərinləşdirə bilər.
F.Kişida deyib ki, bütün ölkələrin iştirakı ilə Nüvə silahının yayılmaması barədə müqavilə çərçivəsində işin davam etdirilməsi daha məqsədəuyğun olar.
Türkiyənin Zonquldak bölgəsində kömür mədənində uçqun baş verib.
Çin Xalq Respublikasının mərkəzi və cənub ərazilərində davam edən şiddətli leysan ağır daşqınlara yol açıb və nəticədə 10 nəfər həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Uqanda və Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı rəsmi təsdiqini tapmış 32 yoluxma, eləcə də 500-dən artıq şübhəli fakt aşkarlanıb.