Yaponiya hökuməti Yaponiya-ABŞ sammitinə hazırlıq işlərini davam etdirir

Yaponiya hökuməti Yaponiya-ABŞ sammitinə hazırlıq işlərini davam etdirir
07 2017 10:00

Yaponiya hökuməti Baş nazir Şinzo Abe və ABŞ Prezidenti Donald Trampın cari həftədə Vaşinqtonda keçiriləcək ilk rəsmi görüşünə hazırlıq işlərini davam etdirir.

Fevralın 10-da keçiriləcək sammitdə Ş.Abe iki ölkə arasında ittifaqın möhkəmləndirilməsi üçün ABŞ Prezidentinin qəti mövqe nümayiş edəcəyinə ümid edir.

Ş.Abe həmçinin istəyir ki, D.Tramp Şərqi Çin dənizində Senakaku adalarının müdafiəsi ilə bağlı ABŞ-ın mövqeyinin dəyişməz olduğunu təsdiq etsin. Ötən həftə Yaponiyada rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Mettis açıq şəkildə bildirib ki, təhlükəsizlik barədə Yaponiya-ABŞ müqaviləsi bu əraziləri də əhatə edir.

Yaponiya Senakaku adalarına nəzarət edir və hökumətin qənaətinə görə, bu ərazilər Yaponiyanın ayrılmaz tərkib hissəsidir. Lakin Çin və Tayvan da həmin adalara iddialıdırlar.

Vaşinqton sammiti zamanı, eyni zamanda, Ş.Abenin ABŞ-da iş yerlərinin sayının artırılması ilə bağlı fəaliyyət planını açıqlayacağı da bildirilir. Həmin plan əsasən infrastruktur layihələrinə investisiyaların yönəldilməsini nəzərdə tutur.

D.Tramp ABŞ-ın müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini öz üzərlərinə götürməyə çağırıb. Bundan əlavə o, yapon avtomobil bazarını, maliyyə və valyuta siyasətini də tənqid edib.

Yapon hökumətinin nümayəndələri D.Trampın sammit zamanı səsləndirə biləcəyi gözlənilməz ideyalarla bağlı da narahatlıq keçirirlər. Onlar sammitlə bağlı maksimum informasiya toplayaraq, buna hazır olmağa çalışırlar.


7 İyun 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

7 İyun 2023
Dünya

Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də Rusiyaya işgüzar səfərə gedib.

7 İyun 2023
Dünya

Yaponiyanın mərkəzində mindən çox ev sel sularının altında qaldı

Yaponiyanın mərkəzindəki Şizuoka prefekturasında həftənin əvvəlindən yağan güclü yağışlar nəticəsində ən azı 1 245 evi su basıb.

7 İyun 2023
Dünya

Türkiyə lirəsindən rekord ENİŞ

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

7 İyun 2023
Dünya

Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.