Yaponiyanın "Shonan Animal Production" şirkətinin foto və videoçəkilişlər üçün istifadə olunan heyvanlar saxlanılan ərazisində şirin hücum etməsi nəticəsində 2 nəfər xəsarət alıb. Trend-in "Kiodo" agentliyinə istinadən verdiyi məlumatd görə, hadisə 3 nəfər nəzarətçi şirin qəfəsini təmizləyərkən baş verib.
10 yaşlı şirin hücum etməsi barədə həyəcan siqnalı öncə 119 xidmətinə daxil olub. Şirin hücumu nəticəsində həmin şəxslər baş və ayaqlarından zədə alıblar.
Şirkətin heyvanbəslməsində leopard, itlər, pişiklər, at, zebra, dəvə, kenquru və meymunlar da saxlanılır.
Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti şənbə günü Şuşa şəhərinə gedib.
İsrail ordusu İrandan yeni raket hücumunu qeydə alıb.
Egey dənizində 4,8 bal gücündə zəlzələ baş verib.