Yaponiya alimləri: Gövdə hüceyrələri bəşəriyyəti korluqdan xilas edəcək

Yaponiya alimləri: Gövdə hüceyrələri bəşəriyyəti korluqdan xilas edəcək
02 2017 15:44

Kioto və Osaka universitetlərində, “Riken” Təbiət Elmləri İnstitutunda və Kobe Tibb Mərkəzində çalışan yapon alimləri gövdə hüceyrələri vasitəsilə gözün tor qişası toxumalarının “əkilməsi” üzrə ilk əməliyyata hazırlaşırlar. TASS-ın yaydığı məlumata görə, müvafiq klinik tədqiqatlar 2017-ci ilin birinci yarısında aparılmalıdır. Səhiyyə, Əmək və Rifah Nazirliyinin ekspert komitəsindən artıq razılıq alınıb.

AZƏRTAC “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, həkimlər gövdə hüceyrələri əsasında əldə edilmiş göz qişası toxumasını yaşla bağlı makulyar degenerasiyadan əziyyət çəkən adama köçürmək fikrindədirlər. Donor üçün xüsusi tip immuniteti olan, yəni hüceyrələri istənilən orqanizmdə yaşaya bilən adam seçiləcək.

Məlumatda, həmçinin Yaponiyada xüsusi yolla əldə edilən gövdə hüceyrələri bankının yaradılması planından da söz açılır. Bu, müvafiq əməliyyatların aparılmasını tezləşdirməyə imkan verəcək. Məsələ ondadır ki, pasiyentin toxumalarından bu cür hüceyrələrin yetişdirilməsinə altı aydan on ayadək vaxt sərf olunur. Lakin bank gözləmə müddətini bir-iki ay edə bilər.


30 Mar 2023
Cəmiyyət

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar medal təsis edilir

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.

30 Mar 2023
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

30 Mar 2023
Cəmiyyət

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 30 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.