SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin yanvar ayında 71 min 459 ton dizel yanacağı, 6 min 952 ton təyyarə yanacağı, 7 min 915 ton yüksək təzyiqli polietilen, 696 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 165 ton maye piroliz qətranı, 3 min 107 ton propilen və 2 min 741 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 553,42 ABŞ dolları, təyyarə yanacağının - 504,23 dollar, dizel yanacağının - 477,93 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 330,93 dollar, yüksək təzyiqli polietilenin 1221,25 dollar, butilen butadien fraksiyasının 658,65 dollar, maye piroliz qətranının - 553,42 dollar, propilenin 770 avro, mütləqləşdirilmiş izopropil spirtinin 940 avro təşkil edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.