Yanvar-oktyabr aylarında 3890,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb

Yanvar-oktyabr aylarında 3890,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb
19 Dek 2016 09:54

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2016-cı ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17806,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 10848,4 milyon dollar, idxalın dəyəri 6958,0 milyon dollar təşkil edib, nəticədə 3890,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 37,6 faizi Avropa İttifaqı ölkələrinin, 12,1 faizi MDB-yə üzv dövlətlərin, 50,3 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil edib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.