Yanlış məlumat: “Elektra Events Hall” Dua Lipanın konsertindən məlumatsızdır

Yanlış məlumat: “Elektra Events Hall” Dua Lipanın konsertindən məlumatsızdır
06 2017 16:17

Bu yaxınlarda bir neçə yerli KİV, 8 iyul tarixində Bakıda ilk dəfə olaraq “Elektra Events Hall” səhnəsində tanınmış britaniyalı, “Warner Music” leyblın müğənnisi Dua Lipanın çıxış ilə bağlı məlumat yaymışdı. Afişada konsertə olan biletlərin qiyməti də qeyd olunmuşdu (60-180 AZN). Lakin redaksiyamıza daxil olan məlumata görə, konsertin təşkili ilə bağlı informasiya yanlışdır.

Belə ki, “Warner Music Russia”nın PR meneceri Diana Paşkovskaya Oxu.Az-a bildirib ki, tədbirin keçirilməsi ilə bağlı məlumat əsassızdır.

“Bizim hüquqşünaslarımız hazırda təkzib üçün rəsmi sənəd hazırlayır. Yaranmış vəziyyət - mürəkkəb bir dələduzluqdur, məlumatı yayanlar isə baş tutmayacaq konsertdən pul əldə etmək istəyirlər”. 

“Elektra Events Hall”dan Oxu.Az-a bildiriblər ki, 8 iyul Dua Lipanın konsertinin keçirilməsi ilə bağlı heç bir məlumatları yoxdur. Qeyd edək ki, afişaların üzərində olan nömrələrlə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, britaniyalı müğənni Dua Lipa “Be the one”, “Blow your mind” mahnılarından daha sonra məşhurlaşdı. 16 yaşında Dua Lipa model olaraq karyerasına başlayıb. Atası Dukagjin o zamanlar rok ifaçısı olub və məşhur müğənni də atasının ifalarına qulaq asaraq böyüyüb. 14 yaşında Christina Aguilera, Nelly Furtado kimi məşhur ifaçıların musiqiləri “cover” edərək öz “YouTube” hesabında paylaşmağa başlayıb.

Eyni zamanda o, bu ərəfədə öz musiqilərini yazmağa başlayıb. 2015-ci ildə Dua Lipa ilk albomunun debütunu “Warner Bros. Records” ilə edir. 2015-ci ilin avqust ayında isə o, “New Love” adlı ilk mahnısını təqdim edir.

 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.