Yağ 40, dollar 8 manata - Türkmənistan aclıq astanasında - FOTO

Yağ 40, dollar 8 manata - Türkmənistan aclıq astanasında - FOTO
17 Noy 2016 16:33

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi bu yaxınlarda müstəqilliyinin 25 illiyini qeyd edən bu ölkədə kəskin iqtisadi böhrana gətirib çıxarıb. Ailələr qiymət artımı ilə güclə ayaqlaşırlar. Nəticədə ən adi tələbat məhsulları qıtlaşıb. Xarici valyutanın çatışmazlığı qara bazarda 1 dolların məzənnəsinin 8 manatadək qalxmasına gətirib çıxarıb. Hərçənd, rəsmi kurs bir dollara görə 3,5 manat təşkil edir.

Bu fikirlər Eurasia Daily tərəfindən Türkmənistandakı vəziyyətə həsr olunmuş məqalədə qeyd edilib.

Qeyd edək ki, ərazisi Azərbaycandan təxminən 6 dəfə böyük olan Türkmənistan iqtisadiyyatı tam olaraq enerji daşıyıcılarından, daha dəqiq desək, neft və qazdan asılıdır. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi bu ölkəni, demək olar ki, iflic edib, adi vətəndaşları isə acınacaqlı vəziyyətlə qarşı-qarşıya qoyub.

Yalnız çörək, süd məhsulları və bəzi taxıl məhsulları istisna olmaqla ölkədə, demək olar ki, hər şeyin, xüsusilə xaricdən gətirilən məhsulların qiyməti kəskin qalxıb. Düzdür, Türkmənistan hökuməti ölkədə hər şeyin yaxşı olduğunu, iqtisadiyyatın, yerli istehsalın, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının artdığını bildirir. Lakin gerçəklik və mağazalardakı görüntü tamam başqa şeyi deyir. İnsanlarda təşviş baş qaldırıb. Hamı qiymət artımına görə daha çox ərzaq almağa çalışır. Lakin yağ, şəkər, digər ərzaq vətəndaşlara limitlə satılır. Yəni adama 1 kq və ya 1 butulka. Zeytun yağının qiyməti isə türkmənlər üçün astronomik sayılan qiymətə - 40 manata yüksəlib.

Təbii ki, belə vəziyyətdə mütləq şəkildə möhtəkirlər də ortaya çıxır. Onlar alıcılara bəzi az tapılan məhsulları 2-3 qat bahasına satırlar.

"Хроники Туркменистана"nın məlumatına görə isə, artıq ölkədə meyvə-tərəvəzin də qiyməti astronomik həddə qalxıb. Belə ki, yerkökü, soğan, alma, eləcə də toyuq və quşçuluq məhsulları bahalaşıb, artıq onlar da limitlə satılır. Dövlət mağazalarında kq-ı 6-7 manata olan lobya bazarda 10 manata təklif olunur.

Ticarətçilər deyirlər ki, ərzaq qıtlığı və ajiotaj əhalinin təşvişə düşüb hər şeyi çox almaq istəməsinə görə yaranıb. Belə mal gələn kimi alıcılar həmin andaca piştaxtalardan hər şeyi silib-süpürürlər. Bir çoxları isə vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edərək banklardan daha çox dollar almağa çalışır. Dollar isə talonla satılır.


Lakin alıcılıq qabiliyyətinin aşağı olduğu və əhalisinin sayı təxminən 5 milyon nəfər təşkil edən Türkmənistanda heç də hamı ilkin tələbat mallarını təklif edilən qiymətə ala bilmir. Məhz bu səbəbdən bəzi ekspertlər hesab edirlər ki, Türkmənistan əhalisi artıq aclıq astanasındadır.

Artıq mövcud vəziyyət prezident Qurbanqulu Berdımuhəmmədovu bəzi tədbirlər görməyə vadar edib. Dövlət başçısı məmurlara əhalinin narazılığının və mümkün ajiotajın qarşısının alınması üçün ərzaq mallarının bolluğunu təmin etməyi tapşırıb. Təsadüfi deyil ki, Berdımuhəmmədovun Moskva səfəri zamanı aparılan ticarətin bərpası ilə bağlı danışıqlardan sonra Aşqabadda nisbətən baha da olsa, Rusiya istehsalı olan yağlar peyda olmağa başlayıb.


Türkmənistan təcrübəsi bir daha göstərir ki, yerli istehsalı inkişaf etdirmədən və dayanıqlı iqtisadi sistem yaratmadan sadəcə neft və qaz ehtiyatlarına arxayın olmaq nə dərəcədə təhlükəlidir. Bu təbii məhsullar bir müddətlik rahat pul axınını təmin etsə də, arxayınlığın və bunun fonunda tənbəlliyin yaranması ölkəni məhvə və fəlakətlərə apara bilər.

Xatırladaq ki, Türkmənistanda özəlləşdirmə çox məhdud çərçivədə, o da əsasən xidmət sektorunda aparılıb. Sənaye, kənd təsərrüaftı, energetika, nəqliyyat və rabitə hələ də əsasən dövlət sektorunun əlində cəmləşib.


16 Apr 2024
Dünya

Almaniya Prezidenti Türkiyəyə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

16 Apr 2024
Dünya

Ərdoğan bu tarixdə İraqa gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.