Əgər rəhbərlik etdiyim komandama qalibiyyət qazandıra bilməsəm, çox asan postumdan kənarlaşdırıla bilərəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola komandanın mətbuat xidmətinə müsahibəsində deyib.
İspaniyalı mütəxəssis son turlarda komandasının uğursuz çıxışı və mövsüm üçün qarşıya qoyulan məqsədlərdən danışıb. Onun sözlərinə görə, futbol uzun vaxt uğuru gözləməyi sevmir. Qvardiola açıq şəkildə bildirib ki, yaxın müddətdə “Mançester Siti”də dönüş yaranmasa, bu halda istefaya göndərilə bilər.
“Futbol heç vaxt uzunmüddətli layihəni sevməz. Reallıq odur ki, məşqçilər və menecerlər mütləq qələbə qazanmalıdır. Əks halda, demək problemlərin var və sənə əvəz tapacaqlar. Çünki klub rəhbərliyinin calışdırıcıya münasibəti bilavasitə müsbət nəticədən asılıdır. Mən karyeram ərzində heç vaxt qovulmamışam. İlk dəfədir ki, uzun müddət qalibiyyətə həsrət qalmışam”, - deyə Qvardiola bildirib.
Qeyd edək ki, “şəhərlilər” Premyer Liqanın son iki turunda “Çelsi” (1:3) və “Lester”ə (2:4) böyük hesabla məğlub olub.
“Velosiped sürərkən ətrafa baxdım, Azərbaycana heyran qaldım”.
Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.
Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.