Fevralın 6-da Goranboy rayonu ərazisində Xocalıdan olan məcburi köçkünlər üçün salınmış Aşağı Ağcakənd qəsəbəsində könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə keçirilən aksiyada Xocalıdan olan 100 nəfərdən çox məcburi köçkün iştirak edib.
Mərkəzi Qan Bankının Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün bu cür aksiyalar respublikamızın digər bölgələrində də müntəzəm olaraq keçirilir.
Dünya torpaq günündə meşə fondu torpaqlarında 30 mindən çox ağac əkilib.
5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak və çıxış edib.
"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.