Xidməti müqavilə ilə işləyənlər pensiya ala bilərlərmi?

Xidməti müqavilə ilə işləyənlər pensiya ala bilərlərmi?
05 2017 11:51

“Əmək pensiyaları haqqında” qanununa edilən dəyişiklik aylıq əməkhaqqı az olan insanlarda sual yaradıb. Çünki praktik olaraq onların əməkhaqqıları imkan vermir ki, işlədikləri müddətdə sosial fonda ödənişləri qoyulan limitdə etsinlər.

REALPRESS.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, xidməti müqavilə ilə işləyənlər 23 manat 20 qəpik sosial sığorta haqqı ödəyirlər. Yeniliyə görə, bu məbləğ təyin edilən ödənişlərə çatmır. Daha dəqiq desək, 24 il bu qayda ilə işləyən şəxs, fərdi bazasına cəmi 6600 manatdan bir qədər çox pul toplaya bilər.

Xidməti müqaviləylə işləyənlər üçün 23 manat sosial sığorta haqqı ödənişi tələb kimi qoyulub. Yəni icbaridir. 65 yaşında pensiyaya çıxmaq üçün 24 il işləyən adam 55, 12 il işləyən şəxs isə 110 manat ödəməlidir.

Vətəndaş 65 yaşına çatdıqda limiti doldura bilməzsə, pensiyaya çıxmadan fəliyyətini davam etdirə bilər. Əvvəllər pensiyaya çıxmaq üçün 12 il iş staj tələb kimi qoyulmuşdusa, indi 25 il iş stajı olanlar pensiya ala biləcəklər.

Gələcəkdə isə bəzi ölkələrin praktikasının tətbiqi gözlənilir. Şəxs, öz hesabına 15840 manatı vaxtından əvvəl yatırsa, 65 yaşından tez pensiyaya çıxa biləcək.


10 Dek 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".

10 Dek 2024
Cəmiyyət

Qarabağ Universitetinin yeni korpusları YARADILIR

"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".

10 Dek 2024
Cəmiyyət

Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb

Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.

10 Dek 2024
Cəmiyyət

Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

10 Dek 2024
Cəmiyyət

Günəşdə güclü partlayış qeydə alındı

Alimlər dekabrın 10-da Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alıblar.