Xəzərin statusu ilə bağlı İşçi Qrupunun növbəti iclası Türkmənistanda keçiriləcək

Xəzərin statusu ilə bağlı İşçi Qrupunun növbəti iclası Türkmənistanda keçiriləcək
27 2017 11:57

Xəzərin hüquqi statusu ilə bağlı Xüsusi İşçi Qrupunun növbəti iclası Türkmənistanda keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının Kommünikesində deyilir.

Sənəddə bildirilir:

"25-26 yanvar 2017-ci il tarixlərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclası keçirilib.

İclasda Azərbaycan Respublikası (X.Xələfovun rəhbərliyi ilə), İran İslam Respublikası (İ.Rəhimpurun rəhbərliyi ilə), Qazaxıstan Respublikası (Z.Amanjolovanın rəhbərliyi ilə), Rusiya Federasiyası (İ.Bratçikovun rəhbərliyi ilə) və Türkmənistanın (M.Atacanovun rəhbərliyi ilə) nümayəndə heyətləri iştirak ediblər.

İclasa sədrlik etmiş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini X.Xələfov giriş nitqində vurğulayıb ki, Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində əsas razılaşmalar mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdırılması və ciddi nəticələrin əldə olunması üçün əlverişli şərait yaradıb. X.Xələfov qeyd edib ki, Konvensiya layihəsinin bütün təməl müddəalarının razılaşdırılmasının yekunlaşdırılması üzrə növbəti Sammitin keçirilməsi Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsasın yaradılması məqsədi daşımalıdır.

İclasda Konvensiyanın suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi suları və balıqçılıq zonalarının müəyyənləşdirilməsi, əsas xətlərin müəyyənləşdirilməsinin metodologiyası, dənizin dibinin və yerin təkinin böluşdürülməsi, hərbi gəmilərin ərazi sularından keçməsi, həmçinin kabel və boru kəmərlərinin çəkilməsinə aid olan müddəaları müzakirə olunmuş və razılaşdırılıb.

Nümayəndə heyətləri aparılan danışıqların yekunlarını yüksək qiymətləndirib və görüşü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlıq ifadə ediblər.

Xüsusi İşçi Qrupunun növbəti iclası Türkmənistanda keçiriləcək. İclasın keçirilmə tarixi diplomatik kanallarla razılaşdırılacaq".


5 Dek 2023
Siyasət

Azərbaycan XİN Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib.

5 Dek 2023
Siyasət

Zakir Həsənov misirli həmkarı ilə görüşdü - FOTO

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

5 Dek 2023
Siyasət

Bakıda Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü olub

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

5 Dek 2023
Siyasət

Lavrov: “Xəzər Şurasının yaradılması “Xəzər beşliyi”nin səmərəliliyini artıra bilər”

“Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da irəli apara bilər”.

5 Dek 2023
Siyasət

İran XİN rəhbəri Xəzər regionunda vahid təşkilatın yaradılmasını dəstəkləyib

“Xəzər regionunda əməkdaşlığın bütün sahələrinə nəzarəti həyata keçirə biləcək vahid təşkilat yaratmaq lazımdır”.